Yunanıstanda minlərlə insan ədalət tələbi üçün bir araya gəlib
Yunanıstanda 2 il əvvəl 57 adamın həyatını itirdiyi qatar qəzasının ildönümündə paytaxt Afinada minlərlə insan ədalət tələbi üçün bir araya gəlib. Ölkə daxilində tətillər səbəbindən uçuşlar və qatar reysləri ləğv edilib, bərə reysləri dayandırılıb.
Afinada Sintaqma meydanına toplaşan fəallar “Biz ədalət istəyirik” şüarları səsləndirərək hökumətə reaksiya veriblər. Afinada bir çox iş yeri qəzada yaxınlarını itirən ailələrin başçılıq etdiyi nümayişə dəstək verib. Tətil çərçivəsində aviareyslər və qatar reysləri ləğv edilib, bərə reysləri dayandırılıb və ictimai nəqliyyatda ciddi problemlər yaranıb.
Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...