Yunanıstanda meşə yanğını: yaşayış məntəqələri boşaldılıb
Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən vətəndaşların cib telefonlarına göndərilən təcili xəbərdarlıqda, Koropi yaxınlığındakı Lambrakidə vətəndaşlardan meşə yanğını səbəbindən ərazini tərk etmələri istənilib.
Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədilə bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bəzi evlərə və iş yerlərinə sıçrayaraq maddi ziyana səbəb olan yanğına həm havadan, həm də qurudan yanğınsöndürmə qrupları müdaxilə etsə də, bölgədə küləyin sürəti saatda 90 kilometrə çatması səbəbindən söndürülmə işlərində çətinlik yaşanır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...