2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Yerkökündə xərçəng əleyhinə  antioksidant aşkar edilib.

30-07-2024
IMG

Çorum Hitit Universitetində aparılan layihə çərçivəsində kök qabığından əldə edilən melanin birləşməsinin ağciyər hüceyrələrində xərçəng əleyhinə xüsusiyyətləri müəyyən edilib.

TÜBİTAK-ın dəstəklədiyi araşdırmada əldə edilən tapıntıların biotexnologiya və xərçəng müalicəsi sahələrində yeni üfüqlər açacaq potensiala sahib olduğu ifadə edilib. Ən çox melanin miqdarı kök qabığından əldə edilib.

Bu tapıntılar xərçəng müalicəsində yeniliklər vəd edir.Araşdırmaçı alimlərin dediyinə görə,kök qabığından əldə edilən melanin ağciyər hüceyrələrində əhəmiyyətli antixərçəng xüsusiyyətlərinə malikdir. Bu tapıntılar xərçəngin gələcək müalicə üsulları üçün ümidvericidir. Melaninin xərçəng əleyhinə xüsusiyyətləri ilə yanaşı, həmçinin bir rəngləndirici kimi kosmetika, qida əlavələri və biomaterial istehsalı kimi müxtəlif sahələrdə də istifadə edilir.

Paylaş: