Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir.
Fhnews.az xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur. Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.
Əsasnaməyə görə A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü - 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.
Respublika Şahmat Olimpiadasına avqustun 15-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...