Yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək
Azərbaycan üçüncü dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmiz cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə edib: “Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır.”
Qeyd edək ki, Avropa Kuboku mayın 3-4-də keçiriləcək. Turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı reallaşacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...