Yeni nəsil döyüş təyyarəsi konsepti təqdim edilib
Böyük Britaniyanın Farnboro aviasalonunda yeni nəsil qırıcının konseptual modeli nümayiş etdirilib.
Fhnews.az xəbər verir ki, bu barədə İtaliyanın “Leonardo” mühəndis qrupu məlumat yayıb.
Təyyarə Britaniya, İtaliya və Yaponiya tərəfindən hazırlanır.
Döyüş təyyarəsinin 2035-ci ildə istismara verilməsi planlaşdırılır.
Tərtibatçılar iddia edirlər ki, təyyarə dünyanın ən müasir qırıcılarından biri olacaq və “ağıllı silah sistemi” və “mövcud sistemlərdən 10 min dəfə çox məlumat” ötürə bilən güclü yeni nəsil radarla təchiz ediləcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...