Yeni Kaledoniyada nikel istehsalçısı 1200 nəfəri ixtisar edir
Fransanın Yeni Kaledoniya regionunda fəaliyyət göstərən KNS şirkəti (Koniambo Nickel SAS) 1200 əməkdaşını ixtisar edəcək.
Fhnews.az “Figaro”ya istinadla xəbər verir ki, şirkətin əsas səhmdarı olan “Glencore” İsveçrə-Britaniya birgə müəssisəsi fevralda Numeanı tərk etdikdən sonra zavodun maliyyə vəziyyəti pisləşib. Şirkətə yeni sərmayədar axtarışı nəticə vermədiyi üçün rəhbərlik avqustun sonda kütləvi ixtisara getməyi qərara alıb. Müəssisədə təhlükəsizlik və inzibati işləri icra etmək üçün cəmi 50 işçi saxlanacaq.
Regiondakı digər 2 böyük nikel emalı müəssisəsi də bağlanmaq təhlükəsi ilə üzləşib. Yerli hakimiyyətin bu zavodları dirçəltmək üçün yetərli vəsaiti yoxdur. Rəsmi Paris isə bura böyük sərmayə qoymağı planlaşdırmır.
Yeni Kaledoniya əhalisinin əsas məşğuliyyəti nikel hasilatı olduğu üçün 3 müəssisənin bağlanması kütləvi işsizliklə nəticələnəcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...