Yekaterinburqda yol qəzasında 4 nəfər ölüb
Rusiyanın Yekaterinburq şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
“Qəza nəticəsində avtomobilin sürücüsü 19 yaşlı kişi və onun üç sərnişini hadisə yerində keçiniblər. Yük maşınının sürücüsü xəsarət almayıb”, – məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...