Yeddi planet eyni anda görünəcək
Bu həftə nadir səma hadisəsinin şahidi ola bilərik. Qısa müddət ərzində axşam saatlarında Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturn eyni vaxtda görünəcək.
“Planet krossoveri” adlanan bu nadir hadisə planetlərin müəyyən düzülüşü meydana gətirdiyi zaman baş verir.Bu füsunkar mənzərə 2040-cı ilə qədər bir daha belə aydın şəkildə müşahidə olunmayacaq.
Planetləri ən yaxşı şəkildə görmək üçün cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmanı seyr etmək lazımdır. Merkuri, Venera, Yupiter və Mars adi gözlə görülə bilsə də, üfüqə yaxın olacağı üçün Saturnu görmək çətin ola bilər.
Uran və Neptunu müşahidə etmək istəyənlərə teleskop lazım olacaq.Günəş sistemindəki planetlər təxminən Yerlə eyni müstəvidə yerləşdiyinə görə, müəyyən bucaqlardan baxıldığında bəzən düzülmüş kimi görünə bilər.
Ancaq bu, planetlərin əslində bir-birinə yaxınlaşması demək deyil.Onların arasında hələ də milyonlarla kilometr var.
Merkuri və Saturn gün batımı ilə birlikdə üfüqün altına batacağı və görünməz hala gələcəyi üçün bu planetləri görmək üçün cəmi bir neçə dəqiqə vaxt olacaq. Bununla belə, Venera, Yupiter və Mars daha uzun müddət görünəcək.
Venera və Yupiter parlaqlıqları sayəsində ən asanlıqla fərq edilə bilən planetlər arasındadır. Mars isə özünəməxsus qırmızı rəngi ilə digərlərindən seçiləcək.
Planetləri ən yaxşı şəkildə müşahidə etmək üçün işıq çirkliliyinin az olduğu və üfüqün aydın göründüyü bir nöqtəyə getmək tövsiyə olunur.Mütəxəssislər gözlərin qaranlığa alışması üçün ən azı yarım saat gözləmək lazım olduğunu, telefon ekranına baxmaqdan çəkinmək lazım olduğunu bildirirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...