14 mart 2025, cümə Bakı, 10°C
IMG-LOGO

Yasamalda qəza nəticəsində yararsız hala düşən işıqfor yenisi ilə əvəz edilir

15-05-2024
IMG

Mayın 15-də səhər saatlarında Yasamal rayonundakı Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza nəticəsində bir ədəd işıqfor dirəyi yararsız hala düşüb.

Mərkəzin texniki əməkdaşları əraziyə cəlb olunublar və svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

İntellektual İdarəetmə Mərkəzi sürücülərin diqqətinə çatdırır ki, yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.

Paylaş: