Yaponiyada son 126 ilin ən isti payızı yaşanıb
Yaponiya Meteorologiya Agentliyi son 126 ilin ən isti payızını yaşadıqlarını açıqlayıb. Qeyd olunub ki, havanın temperaturu normadan 1,97 dərəcə yüksək olub və bu, payız yarpaqlarının rəng dəyişmə dövrünü dekabr ayına dəyişib.
Ölkənin məşhur mövsümi yarpaq şoularının dekabr ayına qədər uzandığı qeyd edilib. Sentyabr-noyabr ayları arasında havanın temperaturu Tokioda normadan 2,4 dərəcə, mərkəzi Naqoya şəhərində 2,9 dərəcə, şimaldakı Sapporo şəhərində isə 1,2 dərəcə isti olub.
Alimlərin iqlim dəyişikliyinin səbəb olduğunu iddia edən həddindən artıq isti hava dalğaları dünyanın bir çox bölgəsinə təsir etdiyi kimi Yaponiyada da bu yay rekord istilərə yol açıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...