Yaponiyada meşə yanğını
Yaponiyanın İvate əyalətində baş verən meşə yanğını ilə əlaqədar 2114 nəfərə təxliyə xəbərdarlığı edilib. Yanğın nəticəsində bəzi evlərə ziyan dəydiyi açıqlansa da, alovla mübarizənin davam etdiyi bildirilib.
Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, alovun geniş əraziyə yayılması nəticəsində kənd yerlərində bəzi evlərə ziyan dəyib.
Bölgəyə göndərilən çoxsayda yanğınsöndürmə briqadası alovla mübarizəni davam etdirir.Yanğının yayılma riski səbəbiylə 873 təsərrüfatda yaşayan ən az 2114 nəfərə təxliyə xəbərdarlığı edildiyi açıqlanıb. Yanğın bölgədəki həyata da mənfi təsir göstərib. Tohoku Elektrik Paylayıcı Şirkəti Ofunato şəhərinin qəsəbələrində 200-dən çox evdə elektrik enerjisinin kəsildiyini açıqlayıb.
Sabah rayonda iki məktəbdə ehtiyat tədbirləri olaraq tədris müvəqqəti olaraq dayandırılıb. İvate prefekturası yanğınla mübarizə üçün böhran masası yaratsa da, Yaponiya Meteorologiya Agentliyi bölgədə quru havanın təsirli olduğu və bu gün güclü küləyin gözlənildiyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, fevralın 19-dan İvate prefekturasının müxtəlif bölgələrində başlayan yanğınlar ən azı 320 hektar meşə sahəsinin məhvinə səbəb olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...