2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Yaponiyada 5.3 bal gücündə zəlzələ olub

09-08-2024
IMG

Yaponiyada böyük zəlzələ xəbərdarlığından sonra Kanaqava prefekturasının yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.Yerin təxminən 10 kilometr dərinliyində qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, dünən Yaponiyanın cənub-qərbindəki Miyazaki prefekturasının sahillərində 7,1 bal gücündə zəlzələ olub.

Zəlzələdən saatlar sonra Yaponiya Meteorologiya Agentliyi  Sakit Okeandakı Nankai yarığı ətrafında baş verən böyük zəlzələ ehtimalının normadan yüksək olduğunu açıqlayıb.

Paylaş: