2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir

12-02-2025
IMG

Yaponiya hökuməti polad və alüminium məhsullarına ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarından azad edilməsini istəyib.

Fhnews.az xəbər verir ki, bununla bağlı “Kyodo News” agentliyi məlumat yayıb. Nazirlər Kabinetinin Baş katibi hökumətin bu tələbi Yaponiyanın ABŞ-dakı səfirliyi vasitəsilə etdiyini söyləyib.

Ağ evin məlumatına görə, tariflər martın 12-dən qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ-ın bir sıra ticarət tərəfdaşlarına, o cümlədən Yaponiyaya Trampın sələfi Co Baydenin rəhbərliyi altında rüsumsuz kvotalar verilib. Lakin Tramp bazar ertəsi istisnaları aradan qaldıran bəyannamələr imzalayıb.

Paylaş: