Yapon alimləri ilk dəfə "süni intellekt alimi" hazırlayıblar
Yaponiyanın “Sakana AI” tədqiqat və inkişaf şirkəti elmi kəşflər üçün ilk “süni intellekt alimi” sistemini yaradıb. Şirkətin internet saytında paylaşılan bloq yazısında Foerster Laboratories, Oksford Universiteti və bir çox digər universitetlərlə birgə ilk "süni intellekt alimi"nin hazırlandığı açıqlanıb.Məqalədə bildirilir ki, inkişaf etmiş süni intellekt alimi elmi kəşflər və tədqiqatlar üçün maşın öyrənmə sistemindən istifadə edə bilər.
Məqalədə “Süni intellekt alimi” sisteminin mövcud araşdırmaları tədqiq etməklə yanaşı, yeni ideyaları təklif edə biləcəyi bildirilib və bu sistemin tədqiqat üçün kodlar yaza biləcəyi də qeyd edilib.Məqalədə sistemin tədqiqat nəticələrini ümumiləşdirə və öz tapıntılarını elmi yazı kimi təqdim edə biləcəyi də izah edilib.
Məqalədə süni intellekt sisteminin həyata keçirəcəyi araşdırmanın maşın öyrənmə sistemləri və kodlaşdırma üzərində olacağı bildirilib və bu mövzularda akademik məqalələr yarada biləcəyi də qeyd edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...