2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Yanvarda 18 milyona yaxın sərnişin Bakı metrosundan istifadə edib

12-02-2025
IMG

Yanvar ayında Bakı metrosundan 17,98 milyon sərnişin istifadə edib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə 4,6 faiz artım qeydə alınıb.

QSC-dən bildirilib ki, metro nəqliyyatında ən sıx sərnişin istifadəsi yanvarın 10-da qeydə alınıb. Belə ki, həmin gün 710 min 773 sərnişin metrodan istifadə edib. Ən az sərnişin istifadə etdiyi gün 367 min 897 nəfərlə yanvarın 19-da qeydə alınıb.

Paylaş: