Yağan güclü qar Gürcüstanda 40-a yaxın evin uçmasına səbəb olub
Güclü qar yağması səbəbindən Gürcüstanın Lançxuti bələdiyyəsində çətin vəziyyət yaranıb. İlkin məlumata görə, 40-a qədər ev uçub.
Fhnews.az xəbər verir ki, bu barədə Lançxuti bələdiyyəsinin başçısı Aleksandr Sarişvili məlumat yayıb.
Onun sözlərinə görə, güclü qar yağması səbəbindən Lançxuti bələdiyyəsində çətin vəziyyət yaranıb, qar yağmaqda davam edir. Əraziyə əlavə texnikalar səfərbər olunub, müxtəlif istiqamətlərdə yollar qardan təmizlənir, imkan daxilində əhali təxliyə edilir. Bir sıra inzibati vahidlər, o cümlədən Çoçxati, Qrmagele və Atsana işıqsız qalıb.
“Biz artıq əhalinin müəyyən hissəsini təxliyə etmişik - bəziləri otellərə yerləşdirilib, bəziləri qohumlarının yanında qalıb. Hazırkı məlumata görə, 40-a qədər ev uçub. Evlərə ziyan dəysə də, hələ ki, itkilər barədə məlumat yoxdur", - deyə Sarişvili vurğulayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...