Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 135 ölkədə kompüterləri yoluxduran kiberqruplaşmanı ifşa edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.
Fhnews.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən, əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.
“Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270 min 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Dövlət Xidməti tərəfindən qurumlarda müvafiq təhlükəsizlik tədbirləri həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib. Bunula yanaşı, xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub. Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir”, - deyə XRİTDX-nın məlumatında bildirilir.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...