2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xüsusi mühafizə edilən təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatı qarşılanır

24-02-2025
IMG

Qarlı və şaxtalı hava şəraitində xüsusi mühafizə olunan təbiət ərazilərində yaşayan otyeyən heyvan və quşların yemə tələbatını qarşılamaq məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən onların yemlənməsi həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbiət ərazilərində heyvan və quşların miqrasiya yollarına ot və dənli yem məhsulları səpilib.

Bu tədbirlər biomüxtəlifliyin qorunmasına və vəhşi təbiət nümayəndələrinin qış aylarında qida çatışmazlığı yaşamamasına xidmət edir.

Paylaş: