Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi prosesinə başlanılır
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq bu ilin 3 mart tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.
Fhnews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, sənədlərin qəbulundan dərhal sonra dənizçilərə xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə Dövlət Dəniz və Liman Agentliyində təşkil olunacaq imtahanların tarixi ilə bağlı məlumat veriləcək.
Məlumat üçün bildiririk ki, xüsusi hazırlıq şəhadətnamələri üzrə imtahan sualları və düzgün cavablar agentliyin veb-saytında yerləşdirilib.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...