Xoşbəxt olmağa çalışmaq insanı daha da bədbəxt edir…
Kanadanın Toronto Universitetində aparılan araşdırma davamlı olaraq xoşbəxt olmağa çalışmanın insanları daha da bədbəxt etdiyini və iradəsini zəiflətdiyini ortaya çıxarıb. Kanadanın Toronto Universitetinin Scarborough kampusunda aparılan və “Applied Psychology: Health and Well-being” jurnalında dərc edilən araşdırmaya görə, xoşbəxtlik axtarışı bəzən əks təsir göstərə bilər.
Alimlər şüurlu şəkildə xoşbəxt olmağa çalışmağın zehni yorucu bir proses olduğunu və bunun insanların özünü idarə etmə qabiliyyətini zəiflətdiyini bildiriblər. Bu, fərdlərin uzunmüddətli perspektivdə daha asan cəlbedici, lakin zərərli seçimlər etməsinə səbəb olur.
Toronto Universitetindən Sam Maglio xoşbəxtliyə nail olmaq səylərinin qartopu effekti yaratdığını və insanların xoşbəxt olmasına mane olduğunu söyləyib. Maglio evə gəlib evi təmizləmək əvəzinə, uzun bir iş günündən sonra sosial mediada vaxt keçirmək meylini misal çəkib.
Tədqiqatlar həmçinin göstərib ki, xoşbəxtlik axtarışı vaxt məhdudiyyətləri və stressin artması ilə nəticələnə bilər. Təcrübələrdə bəlli olub ki, diqqətini xoşbəxtliyə yönəldən insanlar iradələrini daha tez itirirlər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...