Xırdalanda relslərin üzərinə çıxan uşağı qatar vurub
İyulun 22-də saat 19:50 radələrində ADY-na məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
Fhnews.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...