Xəzər dənizində nadir balıq növü ovlanıb
Xəzər dənizində "Balıqçılıq təsərrüfatı üzrə elmi-istehsalat mərkəzi"nin ekspedisiyası tərəfindən tədqiqat ovu zamanı nadir Xəzər qızılbalığı (Salmo caspius) nümunəsi ovlanıb.
Fhnews.az mərkəzə istinadən xəbər verir ki, balıq Kenderli adası körfəzində tutulub. Onun uzunluğu 47 santimetr, çəkisi isə 1,3 kiloqram olub.
Qazaxıstan tədqiqatçıları balığı sənədləşdirərək foto və video çəkilişlər aparıblar.
Ölçmələrdən sonra qızılbalıq yenidən Xəzər dənizinə buraxılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...