2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xərçənglə mübarizə aparan “atom maddələri” aşkar edilib

13-12-2024
IMG

Çin alimləri nadir torpaq minerallarından müxtəlif xərçəng növlərinin müalicəsində təsirli ola biləcək atom tipləri olan yüksək saflığa malik qurğuşun-212 və vismut-212 nuklid maddələri əldə ediblər.

“Sinxua” agentliyinin məlumatına görə, Cənubi Çin Universitetinin tədqiqatçıları nadir torpaq minarələrindən tərkibində müəyyən sayda atomaltı proton və neytron olan nuklid maddələri çıxarıblar.

Tədqiqatçılar qeyd ediblər ki, əldə etdikləri yüksək saflıqda olan qurğuşun-212 və vismut-212 nuklidləri döş, mədəaltı vəzi və prostat xərçəngi də daxil olmaqla müxtəlif xərçəng növləri üçün hazırlanmış "hədəflənmiş alfa radionuklid terapiyası"nda (TAT) təsirli ola bilər. Atom tipləri olan nuklidləri halogen mühitdə ayırmaq üçün təsirli və ucuz bir üsul inkişaf etdirdiklərini ifadə edən tədqiqatçılar, sözügedən metodun "silikat dəstəkli anion qatranı"nın istifadəsini ehtiva etdiyinə də diqqət çəkiblər.

Bu üsulun adsorbsiyanı ənənəvi qatranlardan 6 dəfə daha sürətli təmin etdiyini və qısamüddətli nuklidlərin təcrid olunmasında əhəmiyyətli təsirlərə malik olduğunu qeyd edən tədqiqatçılar, bu inkişafın Çində kritik tibbi nuklidlərin istehsalında özünü təmin etmək baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Tədqiqat qrupu qurğuşun-212 və vismut-212, həmçinin radium-228, torium-228 və radium-224 nuklidlərinin ayrılması üzərində işlədiklərini bildiriblər.

Paylaş: