2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xərçəngi dayandıra bilən təbii maddə kəşf edilib

05-03-2025
IMG

Portland Universiteti və Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri xərçəng və sinir hüceyrələrinə zərər verən dağınıq skleroz kimi xəstəliklərin inkişafını dayandıra bilən birləşmə kəşf ediblər.

İllərlə aparılan araşdırmalardan sonra əldə edilən bu kəşf, bitkilərdə tapılan sulfuretin adlı flavonoid birləşməsinin mühüm fermenti təsirsiz hala gətirməsi sayəsində mümkün olub.

Laborator müayinələrdə sulfuretinin xərçəng və dağınıq skleroz ilə əlaqəli olan hialuronidaza fermentinin fəaliyyətini dayandırdığı müşahidə edilmişdir. Bu ferment bədəndə hialuron turşusunu parçalayır, bu da hüceyrə zədələnməsinə və xəstəliyin inkişafına səbəb ola bilər. Araşdırmaya rəhbərlik edən professor  Larri Şerman sulfuretinin həm də Alzheimer kimi neyrodegenerativ xəstəliklərin müalicəsində perspektivli potensiala malik olduğunu bildirib. Hialuronidaza fermentinin qarşısını almaq sinir hüceyrələrini qoruyan və hüceyrə səviyyəsində sağalmanı təmin edən miyelin qabığının təmirini sürətləndirə bilər.

Bu kəşf kimya professoru Angela Hoffman və onun Portland Universitetindəki tələbələrinin uzun illər ərzində apardıqları işlərin nəticəsidir. Alimlər bitkilərdən əldə edilən müxtəlif birləşmələri bir-bir araşdıraraq xəstəliklərlə mübarizə potensialına malik birləşmələri müəyyən etməyə çalışıblar.

İndi elm adamları bu kəşfin müalicəvi təsirlərini daha da araşdırmaq üçün işlərini davam etdirirlər.

Paylaş: