Vyetnamda yaşayış binasında yanğında 3-ü uşaq olmaqla 4 nəfər ölüb
Vyetnamın paytaxtı Hanoyda çoxmərtəbəli binada baş vermiş yanğında üçü uşaq olmaqla azı dörd nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə yerli “Vietnam News”a istinadən xəbər verir.
Məlumata görə, yanğın altı mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində olub.
Yanğın lokallaşdırılıb və iki saat sonra söndürülüb. Xilasedicilər yanğın baş verən ərazinin kəşfiyyatı zamanı ən böyüyü 11 yaşında olan üçü azyaşlı olmaqla dörd nəfərin meyitini aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...