Vyetnamda bir evin bünövrəsindən kütləvi əsgər məzarı tapılıb
Vyetnamın Gia Lai əyalətində evin bünövrəsi üzərində aparılan qazıntı işləri zamanı 32 əsgərin kütləvi məzarlığı tapılıb.
“VN Express” xəbər saytının məlumatına görə, Gia Lai əyalətində bir evin bünövrəsində aparılan qazıntı zamanı çoxlu sümük parçaları aşkar edən ev sahibi bu barədə polisə məlumat verib.
Gia Lai əyalət hərbi komandanlığı kütləvi məzarlıqda tapılan 32 insan qalıqlarının Vyetnam əsgərlərinə aid olduğunu təsdiqləsə də, əsgərlərin hansı müharibədə həlak olduğunun hələ müəyyən edilmədiyini açıqlayıb.
Bölgəyə ezam olunmuş istintaq qrupu evin bünövrəsindən sümük qalıqları ilə yanaşı, müharibə dövrünə aid əşyalar, rezin ayaqqabı altlığı və güllələr də aşkarlayıb. İstintaq qrupu bölgədə aparılan qazıntı işlərini genişləndirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...