Venesiyada turist vergisi iki dəfə artıb
İtaliyanın turizm məkanı, kanalları ilə məşhur olan Venesiya keçən il turistlərdən giriş pulu alınacağını açıqlamışdı. Şəhərin mərkəzinə getmək istəyənlər indi 5 yox, 10 avro ödəməlidir.
29 gün ərzində sınaqdan keçirilən bu tətbiq ilə dünyada ilk dəfə bir şəhərə gündəlik giriş üçün ödəniş alındı. Bu il isə bu müddət 54 günə qədər artırılıb.
Yaz aylarında başlayacaq təcrübə iyulun sonuna qədər hər cümə, şənbə və bazar günləri həyata keçiriləcək.
Şəhərdə gecələməyəcək turistlər 08.30-16.00 arası edəcəkləri səfərlərin pulunu ödəməlidirlər.Ən azı 4 gün öncədən rezervasiya edənlərdən 5 avro tutulacaq.
Venesiya keçən il 194 fərqli ölkədən turistləri qəbul edib. İtalyanlardan sonra ən çox ziyarətçi ABŞ, Almaniya və Fransadan gəlib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...