2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Venesiya karnavalı başa çatıb

05-03-2025
IMG

Dünyanın ən qədim karnavallarından biri olan "Venesiya Karnavalı" başa çatıb. Fevralın 14-də “Böyük Kanal”da keçirilən paradla başlayan karnavalın tarixi təxminən 9 əsr əvvələ gedib çıxır. Məşhur venesiya macəraçısı və yazıçısı Cakomo Kazanovanın 300 illik yubileyi üçün mövzusu "Kazanova vaxtı" olan builki karnaval dünən başa çatıb.

İtaliyanın kanalları ilə məşhur şəhəri Venesiyaya dünyanın ən qədim karnavallarından biri olan 'Venesiya Karnavalı'nı görmək üçün gedən turistlər ənənəvi geyimləri və maskaları ilə şəhərin dar səkilərində təşkil edilən əyləncəyə qatılıblar.

Paylaş: