Vatikan muzeylərində günəş panelləri quraşdırılır
Vatikan muzeylərində günəş enerjisi panelləri quraşdırılır.
Fhnews.az xəbər verir ki, bu barədə Vatikanın İnfrastruktur və Xidmətlər İdarəsinin rəisi Salvator Farina bildirib.
O qeyd edib ki, elektrik enerjisindən istifadənin rasionallaşdırılması məqsədilə Vatikan muzeylərinin və anbarların damında fotovoltaik sistemlər yaradılır. Həmçinin xidməti və digər avtomobillərin elektrik enerjisi ilə doldurulması sistemləri də quraşdırılır. Artıq elektromobillər üçün 35 enerji doldurma məntəqəsi yaradılıb.
Bundan başqa, Müqəddəs Pyotr meydanında və bazilikalarda enerji səmərəli LED lampalar quraşdırılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...