Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb
Ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib.
DVX-dən verilən məlumata görə, test imtahanında, ümumilikdə, 2392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək, ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı yekun nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 95 namizəddən 67-si müsabiqəni uğurla başa vurub.
Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/post/3495
Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...