Ümumdünya Səhiyyə Təşkilatı M-pox virusuna qarşı ilk peyvəndi təsdiqlədi
ÜST-dən edilən yazılı açıqlamada Bavarian Nordic tərəfindən istehsal edilən "MVA-BN" peyvəndinin ÜST-nin M-pox virusuna qarşı əvvəlcədən təyin edilmiş peyvənd siyahısına əlavə edildiyi bildirilib.İlkin kvalifikasiya təsdiqinin təcili ehtiyacı olan icmalarda bu həyati əhəmiyyətli məhsula vaxtında çıxışı asanlaşdıracağı, ötürülmənin azaldılması və epidemiyanın idarə olunmasına kömək edəcəyi gözlənilir.
Açıqlamada ÜST-yə bağlı İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupunun bütün mövcud sübutları araşdırdığı və məruz qalma riski yüksək olan insanlar üçün MVA-BN peyvəndinin istifadəsini tövsiyə etdiyi vurğulanıb. Peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.
Məsələni sosial media platforması X-də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...