2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı: La Nina hava hadisəsi qısamüddətli ola bilər

06-03-2025
IMG

Ümumdünya Meteorologiya Təşkilatı 2024-cü ilin dekabrında baş verən və planeti soyudan La Nina hava hadisəsinin qısamüddətli ola biləcəyini bildirib.

Təşkilatın yaydığı hesabatda mart-may aylarında havanın neytral şəraitə qayıtma ehtimalının 60 faiz olduğu və aprel-iyun aylarında bu nisbətin 70 faizə yüksəldiyi deyilir. "Bu hesablamalar kənd təsərrüfatı, enerji və nəqliyyat kimi əsas sektorlar üçün milyonlarla dollar iqtisadi qənaətə çevrilir. Onlar fəlakət riskinə hazırlığı təmin etməklə illər ərzində minlərlə insanın həyatını xilas ediblər" fikirləri hesabatda yer alıb. 

Sakit Okeanda baş verən El Nino hava fenomeni əvvəlcə sahilyanı ərazilərdə, sonra isə bütün dünyada temperaturun artmasına səbəb olub.Bunun əksi olaraq xarakterizə edilə bilən La Nina dünya üçün daha soyuq hava şəraiti deməkdir.

Bu iki hava hadisəsi arasındakı keçiddə neytral,yəni təbii hava hadisələri keçərlidir.Hesabatda mart-iyun dövründə temperaturun artmasına səbəb olan El Nino hava hadisəsinin inkişaf ehtimalı yer alıb və La Nina hava hadisəsinin qısamüddətli olacağı vurğulanıb. Hesabatda fikirləri yer alan Ümumdünya Ticarət Təşkilatının Baş katibi Celeste Saulo qeyd edib ki, El Nino və La Nina üçün mövsümi proqnozlar və onların qlobal hava hadisələrinə təsirləri erkən tədbirlər üçün mühüm vasitədir.

Paylaş: