Ülvi Mehdiyev: Dörd qitədə "ASAN xidmət"in təcrübəsi öyrənilir
İşğaldan azad olunmuş ərazilərdə çox böyük infrastruktur layihələri həyata keçirilir, vətəndaşların həmin ərazilərə köçü ilə bağlı zəruri şərait yaradılır. Vətəndaşlar bu ərazilərə köçdükdən sonra orada yeni "ASAN xidmət" mərkəzləri də fəaliyyət göstərəcək.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətdədir, Şuşa, Xankəndi və ətraf ərazilərdə yaşayan sakinlərə xidmət edir. Gələcəkdə əhali tam məskunlaşdıqdan sonra digər rayon və bölgələrdə də "ASAN xidmət"in fəaliyyəti məsələsinə baxılacaq.
"Ümumilikdə ölkə ərazisində 28 "ASAN xidmət" mərkəzi vətəndaşlara xidmət edir. Bundan əlavə, 10 səyyar avtobus "ASAN xidmət"in olmadığı ərazilərə səyahət edir və xidmət göstərir.
25 ölkə və beynəlxalq təşkilat "ASAN xidmət"lə saziş imzalayıb və biz öz təcrübəmizi onlarla paylaşırıq. Demək olar ki, 4 qitədə ölkələr "ASAN xidmət" təcrübəsini öyrənirlər. Proses davam edir", - deyə Ü.Mehdiyev əlavə edib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...