Ursula von der Leyen: “Avropa açıq və mövcud təhlükə ilə üz-üzədir”
Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropanın açıq və mövcud təhlükə ilə üz-üzə qaldığı barədə xəbərdarlıq edərək bildirib ki, Avropanı özünü müdafiə və qoruyacaq vəziyyətə salmalıyıq.
Aİ Komissiyasının sədri üzv olduğu Avropa Xalq Partiyasının növbədənkənar Aİ Liderlər Zirvəsi öncəsi iclasının girişində çıxış edib.
Fövqəladə zirvə üçün bir araya gəldiklərini ifadə edən von der Leyen Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan "Rearm" adlı yeni planı liderlərə təqdim edəcəyini açıqlayıb.
Yeni planın 800 milyard avro dəyərində olduğunu bildirən fon der Leyen qeyd edib ki, bu, üzv dövlətləri hərbi xərclər üçün daha çox maliyyə vəsaiti ilə təmin edir və Avropa səviyyəsində birgə satınalmalara imkan verir.
Brüsseldə görüşən Aİ liderləri Ukraynaya dəstək və Avropanın müdafiə xərclərini artırmaq yollarını müzakirə edəcəklər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...