UNICEF: Ekstremal iqlim hadisələri 2024-cü ildə 85 ölkədə 242 milyon tələbənin təhsilinə təsir göstərib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu iqlim böhranının təhsilə təsiri ilə bağlı hesabat dərc edib.
Hesabatda istilik dalğaları, tropik siklonlar, tufanlar, daşqınlar və quraqlığın təhsilə təsir edən ekstremal iqlim hadisələri arasında yer aldığı və bu vəziyyətin davam edən təhsil böhranını daha da dərinləşdirdiyi bildirilib.
2024-cü ildə məktəblərin bağlanmasına səbəb olan ən çox görülən iqlim təhlükəsinin isti hava dalğaları olduğu qeyd edilən hesabatda təkcə aprel ayında 118 milyon şagirdin bu vəziyyətdən təsirləndiyi bildirilib.
Hesabatda 2024-cü ildə ekstremal iqlim hadisələri səbəbindən 85 ölkədə ən azı 242 milyon tələbənin təhsilinə ara verdiyi, Cənubi Asiyanın iqlimlə bağlı təhsil pozuntularından ən çox təsirlənən bölgə olduğu və 128 milyon şagirdin təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığı açıqlanıb.
Hesabatda ekstremal iqlim hadisələrindən təsirlənən tələbələrin təxminən 74 faizinin aşağı və aşağı orta gəlirli ölkələrdə olduğu, digər tərəfdən isə heç bir bölgənin bu vəziyyətdən tamamilə kənarda olmadığına diqqət çəkilib. Bildirilir ki, 2024-cü ilin sentyabrında İtaliyada yağan güclü yağış və daşqınlar 900 mindən çox şagirdin, oktyabr ayında isə İspaniyada 13 min tələbənin təhsilinin dayandırılmasına səbəb olub.
Hesabatda ifadələri yer alan UNICEF-in icraçı direktoru Ketrin Rassel vəziyyəti belə şərh edib :
“Uşaqlar daha güclü və tez-tez baş verən istilik dalğaları, tufanlar, quraqlıqlar və daşqınlar kimi hava ilə bağlı böhranların təsirlərinə daha həssasdırlar. Onlar böyüklərə nisbətən daha tez isinir, daha az tərləyir və daha yavaş soyuyurlar. Uşaqlar istilik dalğalarından qorunmayan sinif otaqlarında dərslərə diqqət yetirə bilmirlər. Bundan əlavə, yolları su basarsa və ya məktəblər uçarsa, onların məktəbə çatması mümkün olmayacaq. Keçən il kəskin hava hadisələri hər 7 şagirddən 1-nin dərsə gedə bilməməsinə səbəb olub, onların sağlamlıq və təhlükəsizliyinə təhlükə yaradıb və uzunmüddətli təhsillərinə təsir edib”.
Rassell qeyd edib ki, təhsil iqlim təhlükələri ilə ən çox pozulan xidmətlərdən biri olsa da, iqlim siyasəti müzakirələrində buna çox vaxt diqqət yetirilmir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...