UNEC ilə Mathias Corvinus Kolleci arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Macarıstanın Mathias Corvinus Kolleci arasında yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı görüş olub.
UNEC-dən verilən məlumata görə, görüşün əsas məqsədi iki universitet arasında əməkdaşlıq imkanlarını araşdırmaq və beynəlxalq akademik tərəfdaşlığı gücləndirmək olub.
Qarşılıqlı müzakirələr zamanı beynəlxalq akademik tərəfdaşlıqların inkişaf etdirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, eləcə də təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda birgə tədqiqat aparılması, seminarların və mühazirələrin təşkili, eləcə də akademik mübadilə proqramlarının həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...