Ukraynada 850-dən çox yaşayış məntəqəsi işıqsız qalıb
Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 850-dən çox yaşayış məntəqəsi enerjisiz qalıb.
Fhnews.az xəbər verir ki, “Ukrenerqo” enerji kompaniyası bu barədə sosial media hesabında məlumat yayıb.
“Səhər saatlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 396 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayanıb. Həmçinin döyüş əməliyyatları və digər səbəblərə görə 463 yaşayış məntəqəsi işıqsız qalıb”, - deyə məlumatda bildirilir.
Ölkənin enerji sisteminin dayanıqlığını qorumaq üçün Slovakiya və Rumıniyadan ümumi həcmi 2865 MVt olan elektrik enerjisinin idxal olunduğu qeyd edilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...