Türkiyənin Manisa bölgəsində meşə yanır, bir məhəllə təxliyə edilib
Türkiyənin Manisa əyalətində meşə yanğını başlayıb, ərazidəki bir məhəllənin sakinləri təxliyə edilib.
Fhnews.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanğınla mübarizə məqsədilə əraziyə bir təyyarə, iki helikopter, on su tankeri və iki dozer göndərilib.
Güclü külək səbəbindən yanğının nəzarət altına alınması çətinləşib. Buna görə də ehtiyat tədbiri olaraq, yanğının yaxınlaşdığı Soma qəsəbəsinin Təkəli İşıqlar məhəlləsinin sakinləri təxliyə olunub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...