Türkiyənin “ağciyərləri” süni intellekt dəstəkli layihə ilə qorunur
Yay aylarında temperaturun yüksəldiyi və rütubətin aşağı düşdüyü iqlim mühütü meşə yanğınları üçün əlverişli şərait yaradır.
Türkiyədə yanğın təhlükəsi olan əraziləri proqnozlaşdırmaq və orada ehtiyat tədbirləri görmək məqsədilə süni intellekt tərəfindən dəstəklənən “Dinamik Yanğın Riskinin İdarə Edilməsi” layihəsi həyata keçirilir.
Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə tabe olan Meşə Təsərrüfatı Baş İdarəsi meşə yanğınlarının erkən aşkarlanması üçün 776 qüllədən monitorinq aparır və süni intellektlə təchiz olunmuş 184 qüllədən məlumat axını təmin edir.
Vətəndaşların 112 Təcili Zəng Mərkəzinə etdiyi zəngləri təhlil edən Meşə Təsərrüfatı Baş İdarəsi meşə yanğınlarının 90 %-nin baş verdiyi yay aylarında Türkiyə daxilində pilotsuz uçuş aparatları ilə yanğına həssas əraziləri saat 10:00-18:00 arasında izləyir. Bölgədə yanğın aşkar edilərsə, müvafiq qruplar 10 dəqiqə ərzində hadisə yerinə gələrək müdaxilə etməyə istiqamətləndirilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...