Türkiyənin ilk rabitə peyki ilin sonuna kimi istifadəyə veriləcək
Hazırda kosmosda sınaqdan keçirilən Türkiyənin ilk rabitə peyki Türksat 6A-nın oktyabr ayında daimi orbitinə göndərilməsi və ən geci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu məlumat verib. Uraloğlu Türkiyənin 6A da daxil olmaqla 6 rabitə və 3 müşahidə peyki olduğunu xatırladaraq, bunların hərbi və mülki rabitə ilə yanaşı televiziya yayımını da təmin etdiyini bildirib.
Hazırda 5 peyklə yaxın coğrafiyada 3,5 milyard insanı əhatə etdiklərinə diqqət çəkən Uraloğlu Türksat 6A peyki ilə təxminən 5 milyard insanı əhatə edəcəklərini söyləyib.
Türkiyənin 3A və 3B peyklərinin istehsal prosesində Türksat mühəndislərinin iştirakı ilə peyk istehsalına başladığını xatırladan Uraloğlu “Bu mühəndislərlə birlikdə TÜBİTAK, Müdafiə Sənayesi Nazirliyi, TAI ilə bir araya gəldik və bir təklif irəli sürdük. İlk imzalar 2014-cü ildə atıldı. İstehsal 2020 və 2022-ci illərdə daha intensiv şəkildə həyata keçirildi. 81%-i yerli və milli olan Türksat 6A peykini istehsal etdik.Peyk oktyabr ayında daimi orbitinə çıxarılacaq və lazımi sınaqlar aparılacaq.Bunu etdikdən sonra peykimiz ən geci ilin sonunda istifadəyə veriləcək"-deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...