Türkiyənin Dəməşqdəki səfirliyi 12 ildən sonra fəaliyyətə başlayıb
2012-ci ildə fəaliyyəti dayandırılan Türkiyənin Dəməşq səfirliyində bu gün Türkiyə bayrağı qaldırılıb və səfirlik fəaliyyətini bərpa edib.Türkiyənin Nuakşotdakı səfiri Burhan Köroğlu dekabrın 12-də Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.Xarici işlər naziri Hakan Fidan səfir Köroğlunu yeni vəzifəsi ilə bağlı məlumatlandırıb.
Suriyanın Dəməşq şəhərində diplomatik nümayəndəliklərin cəmləşdiyi Ravda Meyda yaxınlığında yerləşən Türkiyə səfirliyi rejimin dinc nümayişçilərə qarşı zorakılığa əl atdığı dövrdə bir müddət xidmətini davam etdirmiş, lakin 26 mart 2012-ci ildə gündəlik fəaliyyətini dayandırmışdır. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıdıblar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...