Türkiyənin çay paytaxtı Rizə
Rizə davamlı yağış yağan və çox geniş əraziyə yayılmış çay bağları olan bir şəhərdir. Çimərliyə yaxınlaşdıqca yamaclarda görəcəyiniz yaşıllıqların hamısında çay yetişdirilir.Rizə bir tərəfdə yaşıl, digər tərəfdə mavi şəhərdir. Dağları və yaylaları, eləcə də sahilləri ilə şəhər müxtəlif coğrafi formasiyaları ehtiva edir. Rizə şәhәri Anadolunun şimal-şәrqindәki Kaçkar dağları ilә Qara dәniz arasında olduqca yüksәk bölgәdә yerlәşir. Bölgәnin tәbii bitki örtüyü tez-tez yağan yağışlar sәbәbindәn geniş yarpaqlı meşәlәrdәn ibarәtdir. Rizə meşә baxımından Türkiyәnin әn zәngin bölgәsidir.
Ayder, Anzer, Ovit, Pokut, Sal, Qito, Elevit vә Çiçekli yaylaqları Rizənin әn mәşhur yaylaqlarıdır. Bu yaylaqların bәzilәri kәnd tәsәrrüfatı baxımından olduqca inkişaf edib. Kaçkar dağlarındakı yaylaqlar o bölgәyә xas olan evlәri, onlarla bitki vә ağaç növlәri ilә diqqәt mәrkәzindәdir. Bәzi yaylaqlardakı hәmin evlәr otel olaraq fәaliyyәt göstәrir. Rizə yaylaqları zәngin flora vә faunası vә buz bağlamış göllәri ilә türistlәrin diqqәt mәrkәzindәdir.
Ayder yaylağında diğәr yaylaqlardan fәrqli olaraq o bölgәyә xas olan evlәr ilә yanaşı otellәrdә fәaliyyәt göstәrir.Dәniz sәviyyәsindәn 2100 metr yüksәklikdәki Anzer yaylağında isә mәşhur Anzer balı әldә olunur. Buranın tәbiәtinә isә söz ola bilmәz. Bәzi yaylaqlar da qış turizmi üçün әlverişli imkanlara malikdir.
Kaçkar dağlarının Qara dәnizә baxan yamaclarındakı Fırtına dәrәsi dә tәbii gözәliyi ilә diqqәtlәri cәlb edir. 57 lilometr uzunluğundakı Fırtına dәrәsi ‘‘raftinq’’ idman növu üçün dә әlverişlidir. Rizə şәhәrindә 13 vә 14-cü yüzillәrdә inşa olunan çox sayda qala mövcuddur. Bölgәnin tәhlükәsizliyinin tәmin edilmәsi mәqsәdi ilә inşa edilәn bu qalaların әn mәşhuru Zil qalasıdır.Bölgәdәki Varoş, Ciha vә Qız qalaları da Anadoluya gedәn yolun tәhlükәsizliyini tәmin edib.
Rizə şәhәri yaylaqları, qalaları vә müxtәlif bitki növlәrinә ev sahibliyi edәn meşәlәri ilә mәşhurdur. Şәhәrdәki tarixi körpülәr dә turistlәrin diqqәt mәrkәzindәdir.
Əzid oxucularımız, günün birindә yolunuz Rizə şәhәrinә düşәrsә buranın özünәmәxsus mәtbәxinә qonaq ola bilәrsiniz.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...