Türkiyədə XIV əsrə aid Sultan Canibəyə həsr olunmuş əlyazma aşkar edilib
İstanbulda 1334-cü ildə Sultan Canibəyə həsr olunmuş 96 səhifəlik əlyazma tapılıb.
Fhnews.az Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əlyazmada Canibəy sultanın əcdadları - Çingiz xandan atası Özbək xana qədərki şəxslər haqqında qızılla həkk olunmuş hikmətli kəlmələr təqdim edilib.
Əlyazmanın daxili üz qabığında Osmanlı sultanı II Bəyazidin (1447-1512) möhürü var.
Tarixi sənədi elmi-tədqiqat işi zamanı Mərkəzi Dövlət Arxivinin əməkdaşı, qazaxıstanlı alim Ömirbek Kanay aşkar edib.
Qiymətli əlyazmanın surəti Qazaxıstana gətirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...