Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot ölüb
Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
Fhnews.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, təyyarədə olan iki pilot şəhid olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...