2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Türkiyədə müdafiə sənayesi müəssisəsində terror aktı törədilib

23-10-2024
IMG

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada TUSAŞ müdafiə sənayesi şirkətində terror aktı törədildiyini bildirib.Terror aktı paytaxtın Kahramankazan rayonunda baş verib. Nazir sosial şəbəkələrdəki paylaşımında ölən və yaralıların olduğunu bildirib. Yerlikaya yerli xaxtla saat 17:50-də verdiyi ikinci ifadəsində "Təəssüf ki, hücumda 3 şəhidimiz, 14 yaralımız var"-deyib və iki hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.Hadisə yerli vaxtla saat 15.30-da baş verib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinin (TAİ) Ankaranın Kahramankazan rayonundakı obyektlərinə törədilən terror aktını pisləyib. Nazirliyin X hesabından verilən açıqlamada aşağıdakılar qeyd olunub:

"Qardaş Türkiyədə Türk Aerokosmik Sənaye Şirkətinə qarşı törədilən terror aktını şiddətlə qınayırıq. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır".

Paylaş: