Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir
İyulun 28-i günorta saatlarından başlayaraq Türkiyənin Kahramanmaraş, Antalya, Yalova, İzmir və Qaziantep olmaqla beş vilayətində meşə yanğını qeydə alınıb.
Fhnews.az xəbər verir ki, İzmir, Yalova və Qaziantepdəki yanğınlar nəzarət altına alınıb, digər bölgələrdə isə alovlarla mübarizə havadan və qurudan davam edir.
Yanğınlarla bağlı Kahramanmaraşda 8, Antalyada isə 30 ev tamamilə boşaldılıb.
Yalovada 4 ayrı bölgədə başlayan yanğın ərazini təhlükə altına salıb. Yaşayış yerləri və tətil bölgələrinə 300 metrədək yaxınlaşan alovlar gərgin səylər nəticəsində nəzarət altına alınıb.
Qaziantepin iki fərqli nöqtəsində çıxan yanğın isə mindən çox insanın səfərbər edildiyi işçi qrupu tərəfindən söndürülüb.
Kahramanmaraş və İzmirdəki yanğınlara xüsusi təyyarələr və helikopterlər də daxil olmaqla çox sayda texnika ilə müdaxilə davam edir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...