Türkiyədə Instagramdan sonra Robloxa da giriş bloklanıb
İnformasiya Texnologiyaları Qurumunun verdiyi açıqlamada xüsusilə uşaqlar arasında geniş istifadə edilən və 15 milyondan çox istifadəçisi olan Robloxa girişin bloklandığı açıqlanıb.
Qeyd edək ki, platforma istifadəçilərə real vaxt rejimində birlikdə oyun yaratmaq, oynamaq və rəqəmsal dünyada başqaları ilə bir araya gəlmək imkanı təqdim edir.Oyunçular Robloxda mövcud olan vasitələrdən istifadə edərək oyunlar inkişaf etdirə bilərlər. Ənənəvi oyunlardan fərqli olaraq məzmun istifadəçilər tərəfindən yaradılır.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Adana Respublika Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində Adana 6-cı Sülh Cəza Məhkəməsinin qərarı ilə Roblox.com onlayn oyun platformasının Türkiyədə bloklandığını bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...