2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Türkiyədə Ayasofya məscidinin elektron surəti yaradılıb

19-06-2024
IMG

Türkiyədə məşhur Ayasofya məscidinin elektron surəti yaradılıb, bu isə onun zəlzələ zamanı hətta dağılsa belə, ümumdünya irsi obyektinin bərpasına imkan verəcək.

Fhnews.az xəbər verir ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib.

Mütəxəssislər iki il ərzində məscidin, demək olar ki, hər kvadratsantimetrini skan ediblər, tikintisi hələ eramızın 537-ci ilində tamamlanan obyektin “elektron klonu”nu yaradıblar.

Layihə İstanbulun tarixi rəmzlərindən birinə dair bütün məlumatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə zəmanət verir.

“Biz istəyirik ki, Ayasofya 500 ildən sonra da bugünkü kimi qalsın. Toplanmış məlumatlar sayəsində təbii fəlakətlərdən ciddi ziyanın dəyəcəyi təqdirdə, tikilinin memarlıq görünüşünün bərpası mümkün olacaq”, - deyə Fondlar Baş İdarəsinin nümayəndəsi Şengül Koncagül jurnalistlərə bildirib.

Paylaş: