Türkiyədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Türkiyənin Malatya şəhərində işçiləri daşıyan maşınla minik avtomobili toqquşub.
Fhnews.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalar başlanılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...